XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2019 - 11:02

Elektromobil inqilabı sərhədlərimizə çatıb –Ekspert maraqlı statistik məlumatlar açıqladı

İqtisadçı ekspert Rövşən Ağayev dünya elektromobil bazarı ilə bağlı maraqlı statistik məlumatlar paylaşıb. Ekspert 2018-ci ildə dünya elektromobil bazarında sıçrayışlı artımın davam etdiyini qeyd edib:

“2017-ci ildə dünayda bu avtomobillər 2016-cı ilə nisbətən 70%-ə yaxın artmışdı. 2018-ci ildə də 2017-ci illə müqayisədə təxminən 70%-lik artım qeydə alınıb və ümumi satışın həcmi 1.9 mln. ədədə yaxın olub. 2017-ci ildə isə 1.3 mln. ədəd olmuşdu”.

R.Ağayev elektromobil inqilabının artıq sərhədlərimizə çatdığını qeyd edib və Rusiyada 2018-ci ildə elektromobil satışının 72% artdığını misal göstərib:
“Ən son məlumata görə, hazırda ABŞ və Kanadada istifadəyə verilmiş 1 elektrik stansiyasına orta hesabla 30 elektromobil düşür, Rusiyada bu göstərici 6 ədəddir.
Başqa maraqlı məlumat odur ki, daxili yanma mühərriki ilə işləyən klassik avtomobil bazarının böyüməsi 2018-ci ildə artıq başa çatıb. Halbuki 1-2 il əvvələ qədər bu prosesin 2022-ci ildə baş verəcəyi proqnozlaşdırılırdı. Bu o deməkdir ki, dünyada avtomobil bazarının böyüməsi bundan sonra yalnız elektromobillər hesabına baş verəcək. Nəticədə yaxın 10 ildə dünya üzrə avtomobil parkında elektromobillərin payının hazırkı 3%-dən, ən azı 15-20%-ə çatması mümkün olacaq”.

Strateq.az