XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

08 Yanvar 2019 - 17:33

Texnokratların səhvləri ilə dolu avro –Avropanın vahid valyutasını qarşıda nələr gözləyir? (Təhlil)

“Avro 1999-cu il yanvarın 1-də dövriyyəyə buraxılanda həm birləşdirici, həm də bölücü kimi görünürdü. Bir tərəfdən Avropanın liderlərini birləşdirmişdi, daha sıx inteqrasiyanın, daha asan ticarətin, daha sürətli artımın yeni erasının başlandığını deyirdilər, dollara rəqib valyuta yaratdıqlarını düşünürdülər. Ancaq avroyla bağlı iqtisadçıların fikirləri haçalanırdı. Onların bəziləri xəbərdarlıq edirdilər ki, Avropanın qeyri-bərabər iqtisadiyyatlarını vahid pul siyasətində birləşdirmək tarixi səfehlikdir. Onlar yeni yaranan bazarlarla müqayisə aparır, onların mərkəzi banklardan asılılığının tez-tez böhranlar yaratdığını vurğulayırdılar”.

“The Economist” avronun indiyədək iflasa uğramadığını, son anda liderlər tərəfindən xilas edildiyini yazır. Onlar vahid valyutanı xilas etməyə güclü şəkildə sadiq qaldıqlarını sərgiləyiblər.

Bu layihəyə ictimai dəstək də güclüdür. Hər beş avrozona sakinindən üçündən çoxu deyir ki, vahid valyuta onların ölkəsi üçün yaxşıdır. 75 faiz bunun Avropa Birliyi üçün yaxşı olduğunu bildirir.

Ancaq bu dəstək iqtisadi, yaxud siyasi uğur demək deyil. Avrozona ölkələri heç vaxt vahid valyuta bazarına aid görünməyiblər… Hazırda İtaliyada yaşayış standartı 1999-cu ildəkindən azacıq yuxarıdır. İspaniya və İrlandiyada son dövrlər müəyyən artım baş versə də, onların uyğunlaşması uzun və ağır çəkib, yarımçıq qalıb. İspaniyada gənclər arasında işsizlik 35 faizdir. Maaş artımı demək olar, hər yerdə ləng gedir”, – məqalədə deyilir.

Dərgi avronun tarixinin texnokratların səhvləri ilə dolu olduğunu vurğulayır. Ən pisi 2010-cu ildə Yunanıstanın borclarının ödənilmək iqtidarında olmadığını dərk etmək idi. Yunanıstan uzunmüddətli depressiya yaşayıb, iqtisadiyyatı hazırda on il öncəkindən 25 faiz kiçikdir.

Liderlər avroya sadiq ola bilərlər, ancaq onu möhkəmləndirməklə bağlı razılığa gələ bilmirlər. Bu böhran kreditor və debitor ölkələr arasındakı parçalanmanın dərinliyini üzə çıxardı: şimaldakı seçicilər başqa yerlərdə əbəs cəhdlərə görə pul ödəyən deyillər. İqtisadi durğunluq Yunanıstan və İtaliyada populistlərin hakimiyyətə gəlməsinə kömək etdi. İslahatlar ləng getdiyindən böhran yenidən alovlana bilər. Bu baş verərsə, Avropa onu 2010-cu ildəkindən daha artıq parçalanmış siyasi mühitdə qarşılamalı olar”, – məqalədə vurğulanır.

(Azadlıq radiosu)