XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Yanvar 2019 - 18:50

Azərbaycanda törəməsi olan Gürcüstan bankı istintaqa cəlb olundu –Prokurorluq açıqlama yaydı

Gürcüstanın aparıcı bankı olan “TBC Bank” istintaqa cəlb olunub. 

Bu barədə qonşu ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, prokurorluq istintaq çərçivəsində “TBC Bank”dan bəzi sənədləri müsadirə edib. Hazırda sənədlərlə bağlı tədqiqat və digər istintaq tədbirləri həyata keçirilir.

İstintaqın gedişi barədə ətraflı məlumat hələ ki verilmir.

Baş Prokurorluqdan ətraflı açıqlamanın bir neçə gündən sonra olacağı bildirilib.

Qeyd edək ki, “TBC Bank” Azərbaycanın maliyyə bazarında da fəaliyyət göstərir. Belə ki, “TBC Kredit” MMC bank olmayan kredit təşkilatı 100% bu bankın törəməsidir. Bir qədər əvvəl “TBC Kredit”in Azərbaycandakı “Nikoil Bank” ASC ilə birləşməsi barədə tərəflər arasında saziş imzalanmışdı.

Report