XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2019 - 09:10

Ötən il Neft Fondu 6.4 milyard dollar satıb, idxal isə 32.2 faiz artıb –Qubad İbadoğlu manata ciddi təhlükə yarandığını bildirir (Cədvəl)

“Ötən il valyuta satışı əvvəlki ildən 80 faiz, idxal isə 32,2 faiz çox olub. 2013-cü ildən sonra ən yüksək səviyyədə idxal 2018-ci ildə qeydə alınıb”.

Strateq.az xəbər verir ki, bu barədə ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu bildirib.

Ekspert qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin dekabr ayı ərzində 677,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Beləliklə, də bu il ərzində ARDNF tərəfindən satılan valyuta vəsaitinin həcmi 6 milyard 460 milyon dollara çatıb ki, bu da 2017-ci il üzrə cəmi valyuta satışından 80 faiz çoxdur:

Hesablamalar göstərir ki, ARDNF bu ilin 7 ayında ötən ildəki qədər valyuta satıb. Bu il ərzində ARDNF-nin orta aylıq satışı 464,6 mln ABŞ dolları olub. Ötən il üzrə orta aylıq valyuta satışı göstəricisi 299,8 milyon ABŞ dolları təşkil edib. Göründüyü kimi bu il üzrə orta aylıq valyuta satışı göstəricisi ötən ilkindən 80 faiz çoxdur”. 

Q. İbadoğlu rəsmi statistikaya əsaslanaraq bu ilin 11 ayında idxalın həcminin 10295,5 milyon dollar təşkil etdiyini, bunun da ötən ilin eyni dövrü ilə müqayisədə 32,2 faiz çox olduğunu vurğulayıb:

“Ötən ilki idxal əməliyyatı 2013-cü ildən sonra ən yüksək səviyyədə qeydə alınıb. Beləliklə, 2018-ci ildə idxalın artması nəticəsində xarici ticarətdə müsbət saldo azalıb. Şübhəsiz ki, ötən ilin dekabr ayında dünya bazarında neft qiymətlərinin ucuzlaşması ixracatı və ilin sonunda idxalın artımı xarici ticarətdə müsbət saldonun daha da azalmasına gətirib çıxaracaq.

Ekspert belə nəticəyə gəlib ki, ötən il manata təzyiq artıb və bu ilin start vəziyyəti əvvəlki ildəkindən fərqlidir: “Odur ki, bu il xüsusilə də neftin dünya bazar qiymətlərinin ucuzlaşacağı halda manatın sabitliyinə risklər və status-kvonun qorunması nəticəsində yan fəsadlar çoxalacaq”.
Q.İbadoğlu daha geniş məlumatları paylaşdığı cədvəldə cədvəldə təqdim edib: