XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

09 Yanvar 2019 - 12:39

“Cənub Qaz Dəhlizi” Avropanın tələbatının cəmi 2 faizini ödəyəcək –"Türk axını" bu kəmərə alternativdir?

“İllər boyu Avropa ölkələri qaz ehtiyatlarına çıxış sarıdan əndişələniblər, axı, onların qazının beşdə ikisini Rusiya kəmərləri təchiz edir. 2014-cü ildə Rusiya Ukraynaya gedən qazı kəsdi, AB ölkələrinin qazı da əsasən Ukrayna ərazisindən tranzit olunur.

Strateq.az Azadlıq Radiosuna istinadən bildirir ki, bu barədə  “The Economist” yazıb. Yazıda deyilir ki, AB liderləri uzun müddət digər qaz mənbələrini nəzərdən keçiriblər. Məsələn, Amerikanın mayeləşdirilmiş təbii qazı kimi.  Di gəl, bu da çox baha başa gəlir. Məqalədə deyilir ki, ötən il AB ölkələri Rusiyadan rekord səviyyədə qaz idxal edib. Avropalı siyasətçilər Rusiya qazını Baltik dənizinin dibiylə Almaniyaya daşıyacaq kəmər – “Şimal axını- 2” layihəsindən də narahatçılıqlarını bildiriblər.

Qəzetin yazdığına görə, dekabrın 12-də Avropa Parlamenti qətnamə qəbul edərək təhlükəsizlik səbəbindən  bu layihəni dayandırmağa çağırıblar. Ancaq məqalədə alternativ marşrutların da bir variant olduğunu yazır. Məsələn, dekabrın 7-də İtaliya hakimiyyəti Cənub Qaz Dəhlizinin (CQD) son hissəsinin tikintisini təsdiqləyib. Bu layihə Xəzər regionundan qazın Avropaya daşınmasını nəzərdə tutur. Layihənin 75 faizindən çoxu artıq hazırdır, fəhlələr hazırda onu Adriatik dənizinin dibindən İtaliyaya uzadırlar. Hər şey plan üzrə getsə, 40 milyard dollarlıq layihə çərçivəsində Azərbaycan qazının qərbi Avropaya idxalı 2020-ci ildən başlaya bilər. Ancaq məqalədə qeyd olunur ki, bu dəhliz belə Avropanın Rusiya qazından asılılığını azaltmağın necə çətin olduğunu ortaya qoyur.

“Avropa Komissiyası ilkin olaraq kəmərin İrandan, ya da Türkmənistandan çəkilməsini təklif edirdi. Amma İran sanksiyalar altındadır və Türkmənistan qazının çoxunu Çinə satır. İllərlə planlaşdırılmasına, layihənin mürəkkəbliyinə baxmayaraq, onun gücü ilə 16 milyard kubmetr qazdır ki, bu da avropalıların ümid etdiyinin yarısına bərabərdir. Cənub Qaz Dəhlizi AB bazarının tələbatının cəmi 2%-ni ödəyəcək. Bazar qiymətləri ilə SQD qazı Türkiyə və cənub-şərqi Avropa ölkələrində rəqabətli olsa da, qərbi Avropa bazarlarında belə deyil…” – yazan dərgi CQD-nin Rusiyadan qaz asılılığını azada bilməyəcəyini vurğulayır. Birincisi, Şimal axını-2 layihəsinə əlavə olaraq, Rusiya cənubi Avropaya qaz çatdırmaqdan ötrü başqa planlar da hazırlayıb. Rusiya qazını Qara Dənizdən Türkiyəyə daşıyacaq “Türk Axını” bu ildən işə düşməlidir.

İkincisi isə SQD-nin kommersiya baxımından sərfəli edəcək vədlər real görünmür. Layihənin tərəfdarları ixracı ikiqat artıra biləcəklərini deyirlər, əsasən də Türkmənistandan. Ancaq bunun üçün yeni infrastruktur və əlavə xərc tələb olunur.