XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

13 Yanvar 2019 - 10:06

Azərbaycan Cənubi Qafqazda iqtisadi liderliyi əldən verir –Dünya Bankının rəyincə, Gürcüstan və Ermənistan bizi keçəcək

“2018-ci il Azərbaycanın Cənubi Qafqazdakı iqtisadi liderliyinin sonuncu ili oldu. Proqnozlara görə, hər nəfərə düşən milli gəlirə görə, Azərbaycan Qafqazdakı üstün mövqeyini 2019-cu ildə Gürcüstana, 2021-ci ildə isə Ermənistana uduzur”.

Strateq.az xəbər verir ki, bu barədə ADR sərdi, iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.

Ekspert qeyd edib ki, Dünya Bankının 8 yanvar 2019-cu ildə dərc olunan “Qlobal iqtisadi perspektivlər”də təqdim olunan iqtisadi artım templərinə görə, cari ildə Azərbaycan Qafqazdakı iqtisadi liderliyinə son qoyulacaq: “Adambaşına düşən ÜDM göstəricisinə görə, Azərbaycan bu il Gürcüstandan, 2021-ci ildə də Ermənistandan geri qalacaq. Zəngin neft-qaz sərvətlərinə malik olan Azərbaycanda iqtisadi artımın yaxın 4 ildə Ermənistan və Gürcüstanla müqayisədə 2 dəfəyədək aşağı olması səbəbindən ölkəmiz 2021-ci ildən sonra Qafqazda ən kasıb ölkə sayılacaq”. 

Q. İbadoğlu hesab edir ki, azadlıqlar və demokratiya sahəsində mövqeyini qonşulara çoxdan uduzan Azərbaycanın iqtisadi sahədə də xüsusilə Ermənistandan geri qalması hakimiyyətin səriştəsiz siyasətinin, pis idarəçiliyinin nəticəsidir.

Strateq.az