XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2019 - 00:10

ƏƏSMN-dən pensiyaların gecikməsi ilə bağlı açıqlama:"Texniki proses yekunlaşmaq üzrədir"

“Ümumilikdə ölkəmizdə bütün aylar üzrə pensiyaların ödənişi müvafiq qrafik əsasında vaxtlı vaxtında ödənilir. Eyni zamanda, hər il olduğu kimi cari ilin yanvar ayında da yeni büdcə ilinin başlanması ilə əlaqədar xərclər smetasının bölüşdürülməsi prosesi aparılır”.

Strateq.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sözçüsü Fazil Talıbov pensiya və müavinətlərin gecikdirilməsi ilə bağlı xəbərlərə şərhində deyib.

Onun sözlərinə görə, texniki xarakter daşıyan bu proses yekunlaşmaq üzrədir və pensiyaların maliyyələşdirilməsi yaxın bir neçə gündə təmin olunacaq: “Məlumat üçün deyim ki, hər ayın pensiyası elə həmin ay ərzində ödənilir və hazırki yanvar ayının pensiyaları da elə bu ay ərzində tam ödəniləcək”.