XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

15 Yanvar 2019 - 15:00

Rövşən Ağayev:“İcra hakimiyyəti quyu qazmaq üçün mərkəzin qərarını gözləməməlidir”

“Struktur islahatlarında bu islahatları haradan başlamaq məsələsi olduqca önəmlidir və hətta onun müqəddəratını həll edir”.

Strateq.az  bildirir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev dövlət başçısı İlham Əliyevin yanvarın 14-də verdiyi bir sıra fərmanları Azadlıq Radiosuna şərh edərkən deyib.

Amma R.Ağayev istənilən halda verilən fərmanları “müsbət addım” adlandırıb. Ekspertə görə, bu qədər qurumların ləğvi sadə məsələ deyil: “Həmin qurumların fəaliyyət müddətinə baxın, 10-12 il arasında fəaliyyət göstəriblər. Bu, müddətdə onlara dövlət büdcəsindən kifayət qədər vəsaitlər ayırıblar. Amma nəticə budur ki, onların iqtisadiyyata və ya ölkə həyatına faydası olmayıb. Ona görə də bu halda «bu qurumlar niyə ləğv edildi» sualı da aradan qalxır.

R.Ağayev hesab edir ki, bu, həm də indiyə qədər idarəetmədə planlaşdırmanın olmamasının göstəricisidir. Onun fikrincə, odur ki, indi struktur islahatlarının strategiyası olmalıdır: Bu strategiyada islahatların hansı sahələri əhatə edəcəyi, hansı qurumların ləğvinin nəzərdə tutulduğu (hətta onların adları cəmiyyətə açıqlanmasa belə), hansı addımların atılacağı, bu islahatların nəticəsi olaraq yaxın 3-5 ildə cəmiyyətə hansı faydalar verəcəyi məlum olmalıdır.

R.Ağayev hesab edir ki, daha bir strategiya isə əks-mərkəzləşdimə prosesi ilə bağlı olmalıdır:  “Avropa təcrübəsi göstərdi ki, həddən artıq yüksək dərəcədə mərkəzləşdirilmiş hakimiyyət səmərə verə bilmir. Ona görə də funksiyaların müəyyən hissəsi yerli hakimiyyətlərə verilməlidir. Bir avtonomluq olmalıdır, daha yerli hakimiyyət bir su quyusu, artezian quyusu qazmaq, ya yol çəkmək üçün mərkəzi hakimiyyətin qərarını gözləməməlidir”.

Ekspert deyir ki, dövlət qurumlarının təkcə hakimiyyət qarşısında yox, xalq, cəmiyyət qarşısında da yüksək dərəcədə hesabatlılığı təmin olunmalıdır: “Bu qədər bizə pul ayrılıb, bu qədər iş görülüb, cəmiyyətə bu qədər faydası gözlənilir kimi təfərrüatlara qədər hesabat verilməlidir”.