XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

29 Aprel 2015 - 08:06

Bu il Rusiya üçün çox pis olacaq – Təhlil

Dünya bankirlərin gözü ilə

Dünya itisadiyyatını diqqətlə izləyən məşhur iqtisadçı Anxel Ubide bildirdi ki, “Bu görüşdə Avropada böhranın başa çatması qeyd edildi”.

Sözügedən görüş Vaşinqtonda hər il keçirilir. Dünyanın bütün ölkələrinin iqtisadiyyat nazirləri və mərkəzi bankların başçıları Beynlxalq Valyuta Fondu və ümumdünya Bankının yaz toplantısına gəlirlər. Bu forum bankirlərin planetdəki iqtisadi durumla bağlı görüşlərini üzə çıxardır.

Son görüşdə bir neçə gözlənilməz açıqlama oldu. İlk sürpriz Avropanın böhrandan çıxması haqda məlumat idi. ümumi proqnoza əsasən, ixracatı stimullaşdıran avro kursunun enməsi, neft qiymətinin düşməsi və Avropanın Mərkəzi Bankı tərəfindən kütləvi pula çevrilmə qabiliyətinin gücləndirilməsi sayəsində avrozona iqtisadiyyatı bu il 2% artacaq. Lakin ən başlıcası bundan ibarətdir ki, investorlar, bankirlər və iş adamları avrozonanın mümkün iqtisadi kollapsı qarşısında xofdan qurtulublar.

A. T. Kearney konsaltinq şirkətinin apardığı araşdırmaların nəticələrinə görə, dünyadakı investisiya üçün ən məşhur 25 istiqamətdən 15-i Avropa ölkələrinin payına düşür. Bu cür fərəhləndirici perspektiv iki gerçəkliklə təzad təşkil edir. Birincisi, avropalıların əksəriyyəti yuxarıda qeyd olunan böhrandan çıxışı hiss etmir. Avropada orta hesabla 11%-ə çatan işsizliyin yüksək səviyyəsi və büdcə ixtisarları ucbatından çoxları inanmır ki, iqtisadiyyat yavaş-yavaş dirçəlməyə başlayır.

İkinci problem Yunanıstandır. Bu ölkədəki durum nikbinlik təlqin etmir. Lakin hətta yunan böhranı ağrılı və Avropaya təsir edən çıxsa da, çox az adam inanır ki, Yunanıstanın tənəzzülü və onun avrozonadan nəzəri çıxışı Avropa layihəsinin iflasına gətirib çıxara bilər.

Haqqında xoş yeniliklər meydana çıxan yeganə bölgə Avropa deyil. Gözlənilir ki, ABŞ-da üDM 3%, Hindistanda 7,5% artacaq və bu il Yaponiyada durğunluq dayanmalıdır.

Humanitar fəlakətə və silahlı münaqişəyə, siyasi sabitsizliyə baxmayaraq, 2015-ci ildə Saxaradan güneyə doğru Afrika ölkələrində də iqtisadi artım dünya üzrə orta göstəricidən yüksək ola bilər.

Əksnə, çin iqtisadiyyatının artımı zəifləyəcək. 2014-cü ildə bu ölkədə son 24 il ərzində ən zəif artım tempi müşahidə olunub. Son altı il ərzində ən pis durum ötən rübdə qeydə alınıb. Səma ölkəsi ixracata əsaslanan iqtisadi artım, kredit və böyük pul kütləsinə asan çıxış modelindən investisiyaların cəlbinə və daxili bazarın inkişafına istinad edən yeni modelə keçidin mürəkkəb dövrünü yaşayır.

Sürətlə inkişaf edən iqtisadiyyatlı ölkələr arasında təkcə çindəki durum narahatlıq doğurmur. Bu il Rusiya üçün də çox pis olacaq. Neft qiymətlərinin düşməsi, beynəlxalq sanksiyalar və ölkə prezidenti Vladimir Putinə inamsızlığın nəticəsində kapitalın kütləvi şəkildə soğulması ölkə iqtisadiyyatına mənfi təsir edib.

Braziliya da həmçinin ümidlər verməyi yadırğayıb. ölkənin keçmiş prezidenti Lula da Silvanın buraxdığı miras – xeyli dövlət borcu, yüksək istehlak səviyyəsi, korrupsiya və pis investisiya mühiti Dilma Russeffin prezidentliyin birinci müdətində apardığı dağıdıcı iqtisadi siyasətlə birlikdə qaçılmaz nəticəyə gətirib çıxardıb: əhalinn ən yoxsul zümrəsinin üzərinə ağır yük kimi çökən iqtisadi durumun ağrılı nizamlanması.

Latın Amerikasında onun ixrac ediyi xammalın qiymətinin ümumən enməsi özünü göstərəcək, siyasi problemlərlə artıq zəifləmiş ölkələr isə (Venesuela, Argentina, Braziliya) başqalarından daha çox ziyan görəcək. Korrupsiyanın makroiqtisadiyyata və ümumən dünyaya təsiri sürprizlərdən biri oldu. Belə baxanda, korrupsiya yeni şey deyil, lakin onun miqyası və (çindən çiliyədək) kürəsəl nəticələri ağlasığmaz səviyyəyə çatıb. Korrupsiya ilə mübarizə çində iqtisadi artımın ləngiməsi ilə bərabər prioritet mövzulardan biridir. ölkə prezidenti Si Tszinpin məmurlar, siyasətçilər və iş adamları içində tam bir silsilə “təmizlik” apardı. Artıq 80 mindən çox adam cəza çəkir və antikorrupsiya təhqiqatlarında, təxminən, 100 000 nəfərin adı çəkilir.

Braziliyada hökumət ətrafında səs-küylü korrupsiya qalmaqalı qopub. Dilma Russeffin son prezident seçkiərindəki başlıca opponenti Aesio Neves Dilmanın son seçkilərdə qələbəni mütəşəkkil cinayətkarlığın sayəsində qazandığını və onun namizədliyini irəli sürmüş Əməkçilər Partiyasının çirkili pulları yumaqla məşğul oduğunu bildirməyə cürət edib.

Rusiya, Argentina və Venesueladakı oliqarxlar hökumət orqanları tərəfindən daimi və şübhə doğuran dəstək sayəsində böyük sərvət toplayıblar. Bu yaxınlarda isə bölgənin başqa dövlətləri ilə müqayisədə korrupsiyanın səviyyəsi heç vaxt yüksək olmayan çilidə ölkə prezidenti Mişel Baçelet və müxalifət liderlərinin iştirakı ilə qalmaqallar silsiləsi baş alıb getdi.

Bəli, korrupsiya həyatımızda yenilik deyil, lakin makroiqtisadiyyata təsir göstəməyə başlayanda hətta bankirləri də heyrətləndirəcək səviyyəyə çatdığını bildirir.

Моises Naim (İspaniya)

Новости oilru.com