XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Yanvar 2019 - 20:33

Özbəkistan Ali Məclisinin Senatı 100 000 sumluq pul nişanını təsdiqləyib- FOTO

Özbəkistan Ali Məclisinin Senatı dövriyyəyə buraxılacaq 100 000 sumluq pul nişanını təsdiq edib.

AZƏRTAC Özbəkistan Mərkəzi Bankına istinadla xəbər verir ki, 100 000 sum təxminən 12 dollar dəyərindədir. Keçən il isə dövriyyəyə 50 000 (6 dollar) sumluq pul nişanları buraxılmışdı.

Məlumatda bildirilir ki, 100 000 sumluq əskinasların dövriyyəyə Novruz bayramı ərəfəsində buraxılması nəzərdə tutulur.