XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

17 Yanvar 2019 - 17:43

OPEC neftə tələbatın artım proqnozunu dəyişmədi –Hesabat

2018-ci ildə dünyada neftə tələbatın artımı gündəlik 1,5 milyon barel səviyyəsində qiymətləndirilir və bu, ötən ayın hesabatı ilə müqayisədə dəyişiklik olmadığı deməkdir.

Bu barədə OPEC-in yanvar ayı üçün hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, hazırda dünyada neftə tələbat sutkada 98,78milyon barel səviyyəsindədir.

OPEC həmçinin 2019-cu ildə dünyada neftə tələbatın artımı ilə bağlı proqnozunu da dəyişməz – sutkada 1,29 milyon barel səviyyəsində saxlayıb. Beləliklə, OPEC-in proqnozlarına görə, 2019-cu ildə neftə orta illik tələbat gündə 100,08 milyon barel təşkil edəcək.

Bununla yanaşı, qeyd olunub ki, tələbat, əsasən, Hindistan başda olmaqla, Asiya ölkələri, eləcə də Şimali və Cənubi Amerika ölkələri hesabına artacaq.

OPEC neftinə tələbat 2018-ci ildə, Qətər istisna olmaqla, gündəlik 31,7 milyon barelə səviyyəsində qiymətləndirilir və bu 2017-ci ilin səviyyəsindən gündəlik 1,2 milyon barel aşağıdır. 2019-cu ildə OPEC neftinə tələbat gündəlik 30,8milyon barel civarında proqnozlaşdırılır ki, bu da 2018-ci ilin göstəricisindən, təxminən, 0,9 milyon barel aşağıdır/Report.