XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

21 Yanvar 2019 - 13:11

Dünyanın ən varlı 26 nəfəri 4 milyard kasıba bəs edər –MARAQLI RƏQƏMLƏR

Beynəlxalq “Oxfam” birliyinin məruzəsinə əsasən, dünyanın ən imkanlı 26 insanının varidatı 3,8 milyard kasıbın ehtiyacını ödəməyə kifayət edərdi.

Fed.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, təşkilatın məlumatına əsasən, 2018-ci ildə milyarderlərin varidatı 12 faiz artdığı halda, kasıbların yaşayış səviyyəsi 11 faiz aşağı düşüb. İl ərzində 2200-dən çox milyarderin var-dövləti 900 milyard dollar artıb. “Oxfam” birliyinin hesablamalarına görə, 2017-2018-ci illər arasında hər iki gündə daha bir insan ilk milyardını qazanıb.

Bu cür bölgü nəticəsində vəsaitlər daha az insanların əlində cəmlənir: 2017-ci ildə planetin kasıb əhalisinin vəsaitləri 43, 2016-cı ildə isə 61 milyarderin varidatına bərabər olub. Məsələn, dünyanın ən varlı insanı – “Amazon” kompaniyasının rəhbəri Ceff Bezosun varidatının 1 faizi Efiopiyanın səhiyyəyə ayırdığı vəsaitə bərabərdir.

“Oxfam” birliyi apardığı tədqiqatda 2017-ci ilin iyunundan 2018-ci ilin həmin dövrünə qədər bütün dünya üzrə insanların maddi vəziyyəti ilə bağlı “Credit Suisse” konqlomeratının məlumatlarından, həmçinin “Forbes” jurnalının 2018-ci il üçün ən varlı insanların reytinq cədvəlindən istifadə edib.