XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

21 Yanvar 2019 - 15:03

Dünya Ticarət Təşkilatına niyə üzv ola bilmirik? –EKSPERT RƏYLƏRİ

Azərbaycanın ÜTT-yə üzv olmasından ötrü 1997-ci ildən danışıqlar aparılır, amma yekun nəticə yoxdur və 22 il ərzində İşçi qrupun 14 iclası keçirilib.

Strateq.az-ın məlumatına görə, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycanın bu təşkilata üzvlüyü ilə bağlı danışıqlarda əsas mübahisəli məqam ölkənin hansı statusla üzv qəbul olunmasıdır: “ÜTT Azərbaycanı inkişaf etmiş ölkə statusunda qəbul etmək istəyir. Azərbaycan hökuməti isə inkişaf etməkdə olan ölkə statusunu əldə etməyə çalışır. Çünki bu halda ölkə daha yüngül şərtlərlə üzvlük əldə edəcək. Güman olunur ki, bu məsələdə razılıq əldə olunacaq.

Ekspertə görə, digər məqam aqrar sektora subsidiya ilə bağlıdır: Azərbaycan «Yaşıl zənbil»ə iddialıdır. Bu, Azərbaycan üçün aqrar sektora bu sahədə istehsal olunan məhsulun 10 faizi həcmində subsidiya vermək imkanı deməkdir. Amma ÜTT Azərbaycana 5 faizə qədər subsidiya imkanı tanıyan «sarı zənbil»i təklif edir.

Başqa bir iqtisadçı Natiq Cəfərli isə mövzu ilə bağlı deyib: Danışıqlar bütün postsovet ölkələri ilə başlamışdı. 2003-cü ildə Ermənistan və Gürcüstan üzv oldular, ən sonuncu isə Rusiya ilə Qazaxıstan üzv oldular.

Onun fikrincə, Azərbaycan bu quruma üzv olmaqdan ötrü ölkənin vergi, gömrük qanunvericiliyini beynəlxalq standartlara uyğunlaşdırmalı, digər bir tərəfdən beynəlxalq iqtisad məhkəmələri tanınmalıdır: ÜTT-nin öz hüquq müstəvisi var və məncə, Azərbaycan hökumətinin bu təşkilata üzvlükdən yayınmasının əsas səbəbləri də bunlardır.

N.Cəfərli bildirir ki, bunda maraqlı olmayan qüvvələr var: Kimin marağında deyil? Əlbəttə, ölkəyə mal gətirən inhisarçıların, daxili bazarı monopoliyada saxlayan yerli istehsalçıların….