XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

23 Fevral 2016 - 11:54

BVF sədrindən neftPROQNOZU

 

Kristin Laqard

 

Beynəlxalq Valyuta Fondunun (BVF) sədri Kristin Laqard neft qiymətlərinin uzun müddət aşağı qalacağını deyib. Laqard neft istehsalçısı Ərəb Körfəzi ölkələrinə dövlət xərclərini azaldaraq, yeni vergilər yolu ilə büdcə gəlirlərini artırmağı tövsiyə edib.

 

Laqard Abu Dabidə çıxışında 6 ölkədən ibarət Körfəz Ölkələri Əməkdaşlıq Şurasının eyni əlavə dəyər vergisi nisbətini mənimsəməsinin vacibliyini vurğulayıb. O, bununla yanaşı, mənfəət vergisi və əmlak vergisinin büdcə gəlirlərini artırmağa yardımçı ola biləcəyini deyib.

 

BVF sədri "Neft qiymətləri ən yaxın zamandakı "təpə" nöqtəsindən bu yana 70%-ə yaxın aşağı düşməklə bərabər, təklif və tələb istiqamətli amillər neft qiymətlərinin mövcud aşağı səviyyələrdə uzun müddət qalacağını işarə edir",- deyə bildirib.

 

Qlobal neft qiymətləri ötən il 44 faiz düşərkən, Səudiyyə Ərəbistanı enerjidəki dövlət dəstəyini kəsmək məcburiyyətində qaldı və dövlət istiqrazı ilə dövlət neft şirkəti olan Saudi Aramco səhmlərini satmağı planlaşdırılır. Birləşmiş Ərəb Əmirlikləri də Səudiyyə Ərəbistanına bənzər şəkildə neftə dövlət dəstəyini kəsib.

Marja.az