XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

23 Fevral 2016 - 12:26

OPEK neftin bahalaşacağının anonsunu verdi:"Qiymətlər necə yüksək qalmadısa, aşağı qiymətlər də yüksələcək"

Neft-Oil-Gaz-Dollar

 

"OPEK ABŞ-ın neft istehsalçıları ilə danışıqlar aparmaq istəyir".

 

Bu barədə OPEK-in Baş katibi Abdulla Səlim Bədri ABŞ-da təşkil edilən enerji konfransında deyib.

O, neft qiymətlərinin yüksələcəyini bildirib: 

“Bu günə qədər Rusiya, Çin, Avropa və Yaxın Şərqdəki neft istehsalçıları ilə ucuz qiymətlər və sənayenin çətin vəziyyəti haqqında müzakirələr aparmışıq. ABŞ-ın slans neft istehsalçıları ilə isə hələ danışa bilməmişik. Onlarla danışıqlar aparmaq lazımdır. ABŞ-ın neft istehsalçıları da ucuz qiymətlərdən mənfi təsirlənib. ABŞ neftini uzun illərdir izləyirik. Lakin qiymətlər çox aşağıdır. Tarazlıq tapmalıyıq. Hazırda dünyada 300 milyon barreldən çox xam neft ehtiyatı var. Bu azaldılmalıdır. OPEK amerikalı istehsalçılarla əməkdaşlıq etməyə hazırdır. Neft uzun illər 100 dollardan artıq olub və bazar buna öyrəşib. Qiymətlər necə yüksək qalmadısa, aşağı qiymətlər də yüksələcək. Bu, bir dövrdür”.

Axar.az