XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

22 Yanvar 2019 - 13:17

İran bir milyon barel neftini sata bilməyib –Hesabat

İran bir milyon barel neftini sata bilməyib.

“SHANA” agentliyi xəbər verir ki, yanvarın 21-də Tehranın energetika birjasında tələb olmadığından 1 milyon barel neft satılmayıb.

Neftin bir barelinin qiyməti 52,42 dollar müəyyənləşdirilib.

Qeyd edək ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yayınmaq məqsədi ilə ötən ilin oktyabrından başlayaraq, İran öz xam neftini Tehran birjasında satır. İranın Neft Nazirliyindən bildiriblər ki, 2018-ci il oktyabrın 28-də bir bareli 74,85 dollara bir milyon barel, həmin il noyabrın 11-də isə 64,97 dollara 700 min barel neft satılıb.

Xatırladaq ki, 2018-ci il noyabrın 5-dən ABŞ İranın energetika sahəsinə sanksiya tətbiq edib.

Report