XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

29 Aprel 2015 - 10:47

Mobil rabitə tarifləri ucuzlaşır

Mobil rabitə tarifləri ucuzlaşır

Yaxın vaxtlarda Azərbaycanda fəaliyyət göstərən bütün mobil rabitə operatorları arasında olan mübadilənin, yəni arabağlantı tarifi 1 dəqiqə üçün 0,05 manatdan 0,03 manata endiriləcək.

Report xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov məlumat verib.
Onun sözlərinə görə, mobil xidmətlərin ucuzlaşması üçün əsas dövlət tərəfindən olan imkanlar mobil operatorlar arasında olan tənzimlənmə funksiyalarının Nazirlik tərəfindən daha da sadələşdirməkdən ibarətdir.
“Bu o deməkdir ki, indi 0,05 qəpiyə olan tarif 0,03 qəpiyə endirilirsə, bu mobil xidmətlərin qiymətlərinin aşağı düşməsi üçün yeni imkanlar yaradacaq. İkinci tərəfdən, mobil operatorlar arasında olan tənzimlənmə, rəqabət mühitinin yaxşılaşdırılması istiqamətində işlər aparılır. Bu da mobil operatorlara imkan verir ki, qiymətləri aşağı salsınlar. Amma nəzərə alın ki, mobil xidmətlər dövlət tərəfindən tənzimlənməyən, ancaq rəqabət əsasında formalaşan qiymətlərdir”, – Ə.Abbasov qeyd edib.