XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2019 - 21:23

“Neft liderliyini 2040-cı ilədək qoruyub saxlayacaq” –EKSPERT ŞƏRHİ

“2025-ci ildən sonra kömür öz yerini qaza verəcək”.

Eurasia Diary xəbər verir ki, bu sözləri Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib: “Hazırda dünyada 3,7 milyard ton hasilatla bir nömrəli kömür istehsalçısı Çindir. Dünya kömür hasilatının 46 faizi Çinin payına düşür. İkinci yerdə 900 milyon tonla ABŞ, üçüncü yerdə 600 milyon tonla Hindistan gəlir. Rusiyanın payına isə 440 milyon tondan çox kömür hasilatı düşür.

Kömür 19-cu əsrdə dünya enerji balansında lider enerji növü idi. 1900-cü ildə ABŞ-da keçirilən beynəlxalq konfransda neft kömürə alternativ kimi enerji bazarına daxil olub. Kömür erasının 30-35 ildən sonra sona çatacağı gözlənilsə də, hazırda dünya enerji balansında bu enerji növü ikinci yerdədir. Kömür yalnız 2025-ci ildən sonra öz yerini qaza verəcək. Neft isə liderliyini 2040-cı ilədək qoruyub saxlaya biləcək”, – İ.Şaban bildirib.