XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2019 - 13:50

Ekspert Rövşən Ağayev:"Regionlarla bağlı növbəti proqram tam fərqli formatda hazırlanmalıdır"

İqtisadçı ekspert Rövşən Ağayev regionların sosial-itisadi inkişaf proqramları ilə bağlı fikirlərini açıqlayıb. Strateq.az xəbər verir ki, son 15 ildə sayca 3-cü proqramın icracı başa çatdığını bildirən ekspert, növbəti sənədin tamamilə fərqli formatda hazırlanmasını zəruri sayır:

“İlk növbədə, hər bir iqtisadi region üzrə ayrıca proqram işlənməli və həmin proqramlarda aşağıdakılar əks olunmalıdır:

1) Proqramda hər bir regionun spesifikası nəzərə alınmaqla fürsətlər, təhdidlər, zəif və güclü tərəflər (SWOT analiz),
2) Siyasi, hüquqi, iqtisadi, sosial, texnoloji və institusional mühit amillər (PESTLE analiz)
3) Hədəflər, hədəflər yönəlik fəaliyyətlər, hədəflərə çatmanı ölçmək üçün yekun göstəricilər
4) Hər bir fəaliyyət üzrə tələb olunan resurslar.

Məhz bu standartlara uyğun hazırlanacaq regional inkişaf proqramları yeni dövrün tələblərinə uyğun proqramlar sayıla bilər”.

R.Ağayev əlavə edib ki, bu proqramlar bütün maraqlı tərəflərin – vətəndaş cəmiyyəti və media, ixtisaslaşmış ekspertlər, biznes icmasının geniş və ortaq müzakirəsinin yekunu kimi ortaya çıxmalıdır.

Daha sonra ekspert regional inkişaf proqramlarının 15 illik yekunu olaraq maraqlı bir müqayisə təqdim edib: “Rayonlarda formaşalan büdcə gəlirlərinin adambaşına həcminə görə ilk 5-likdə və son 5-likdə olan 10 rayon:

Naftalan – 415 manat
Mingəçevir – 205 manat
Abşeron – 195 manat 
İmişli – 177 manat 
Qəbələ – 142 manat
Yardımlı -33 manat
Cəlilabad – 36 manat
Goranboy – 42 manat
Masallı – 43 manat 
Ucar – 45 manat”.