XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Yanvar 2019 - 13:21

“Beş ildə regionların inkişafına 24 milyard manatdan çox vəsait ayrılıb” –Şahin Mustafayev

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 24,2 milyard manat vəsait sərf olunub.

Strateq.az Azərtac-a xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 29-da Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans çərçivəsində sahibkarlarla aparılan müzakirələr zamanı deyib.

Nazir bildirib ki, proqram üzrə sahibkarlığın inkişafı üçün dövlət başçısı tərəfindən xeyli sayda sərəncamlar imzalanıb, onlara bir sıra güzəştlər tətbiq edilib.