XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2019 - 15:13

Sahil Babayev:"Kiçik və orta biznes üçün kadr bankı yaradılacaq"

“Azərbaycanda kiçik və orta biznes üçün kadr bankının yaradılması istiqamətində iş aparılır”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, bununla bağlı hazırda İqtisadiyyat Nazirliyi, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə müzakirələr aparılır.

S.Babayev əlavə edib ki, xüsusilə yeni yaradılan təsərrüfatların sahibkarlar üçün kadr bazasına sadə çıxış imkanları olacaq: “Məşğulluq xidmətlərinin avtomatlaşdırılması bütün sahibkarlar üçün bir neçə istiqamətdə yeni imkanlar yaradacaq. Bütün işsiz və işaxtaran insanlar üçün onların bazasına birbaşa giriş imkanı yaradılacaq. Yəni sahibkarın axtardığı işçi qüvvəsinə sərbəst çıxış imkanı alacaq. Sahibkarlar üçün bu sahədə maraqlı olan hissə işçi resurslarıdır”.

Report