XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2019 - 19:37

Hindistan Venesueladan gündəlik 400 min bareldən artıq xam neft alır –Açıqlama

Venesuelanın xam neftinin ən iri alıcısı olan Hindistan sözügedən ölkədə siyasi böhrana baxmayaraq, neft idxalını dayandırmayıb.

Bu barədə Hindistanın Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

“Bizim məlumata görə, Hindistan Venesuela neftinin ən böyük idxalçısı olaraq qalır. Hindistanda neft emalı ilə məşğul olan şirkətlər gündəlik 400 min bareldən artıq xam neft alır. Təbii ki, hadisələri diqqətlə izləyirik, amma əməkdaşlığımız dayandırılmayıb”, – deyən hindistanlı diplomat iki ölkə arasında enerji sektorunda əməkdaşlığın sürətlə inkişaf etdiyini qeyd edib.

Belə ki, Hindistanda enerji ehtiyatlarına artan tələbatla bağlı bu ölkənin məhz Venesueladan xam neft tədarükünə getdikcə daha çox şirkəti maraq göstərir.

Xatırladaq ki, Venesuelada Prezident Nikolas Maduroya qarşı yanvarın 21-dən başlayan kütləvi etiraz aksiyaları əsnasında ayın 23-də Milli Assambleya sədri Xuan Quaydo özünü müvəqqəti dövlət başçısı elan edib. ABŞ başda olmaqla bəzi dövlətlər onu tanıdıqlarını açıqlayıblar.

Yanvarın 28-də ABŞ hökuməti Venesuelanın PDVSA dövlət neft şirkətinə qarşı sanksiyalar tətbiq etdiklərini açıqlayıb/Report.