XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

30 Yanvar 2019 - 22:55

Azərbaycanın ən çox və ən az vergi ödəyən rayonları- SİYAHI

Azərbaycanda formalaşan büdcə gəlirlərinin adambaşına düşən həcmi açıqlanıb.

Fed.az iqtisadçı ekspert Rövşən Ağayevə istinadən bildirir ki, 2018-ci ilin göstəricilərinə əsasən, Azərbaycanda adambaşına düşən büdcə gəlirlərinin məbləği 744,6 manatdır.

Amma ölkənin ayrı-ayrı rayon və şəhərlərində büdcə gəlirlərinin adambaşına düşən məbləği kəskin fərqlənir. Belə ki, büdcə gəlirlərinin böyük hissəsini təşkil edən paytaxt Bakıda adambaşına düşən büdcə gəlirinin məbləği 2986,3 manat təşkil edir.

Digər rayon və şəhərlərdə bu göstərici, həm Bakı şəhərindən, həm də ölkə üzrə orta göstəricidən qat-qat aşağıdır.

Azərbaycanda formaşalan büdcə gəlirlərinin adambaşına həcminə görə ilk 10-luqda olan rayon və şəhərlər:

Naftalan – 415,4 manat
Sumqayıt – 263,8 manat
Şirvan – 214,5 manat
Mingəçevir – 204,8 manat
Abşeron – 194,8 manat
İmişli – 176,3 manat
Gəncə – 144,0 manat
Qəbələ – 141,7 manat
Xaçmaz – 127,7 manat
Xızı – 116,9 manat

Azərbaycanda formaşalan büdcə gəlirlərinin adambaşına həcminə görə son 10-luqda olan rayon və şəhərlər:

Lerik – 25,6 manat
Yardımlı -33,4 manat
Cəlilabad – 36,0 manat
Goranboy – 41,9 manat
Masallı – 42,9 manat
Ucar – 45,1 manat
Tərtər – 46,5 manat
Gədəbəy – 49,4 manat
Zərdab – 49,4 manat
Samux – 50,2 manat