XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Yanvar 2019 - 16:05

Almaniya, Fransa və Britaniyadan Tehranı sevindirən addım –İranla xüsusi hesablaşma mexanizmi yaradılıb

Almaniya, Fransa və Britaniya İranla xüsusi hesablaşma mexanizmi yaradıblar.

Bu məlumatı NDR televiziyası yayıb.

İranla hesablaşma mexanizminin İNSTEX (Ticarət mübadiləsinin dəstəklənməsi üçün alət) adlandırıldığı vurğulanıb.

Qeyd edək ki, bundan öncə ABŞ İran bankları üçün SWIFT sistemini söndürüb. Üstəlik, Vaşinqton İranla ticarət əlaqəsi quran bir sıra Avropa şirkətlərinə qarşı sanksiya tətbiq edə biləcəyini açıqlayıb. AB ölkələri öz şirkətlərinin İrandan çıxmasının qarşısını almaqdan ötrü xüsusi hesablaşma mexanizmi hazırlayacağını bildirsə də, bu işdə gecikmə müşahidə edilib. AB-nin belə gecikməsi İranın sərt tənqidinə səbəb olub.

Vaşinqton isə öz növbəsində AB-nin yaratdığı yeni mexanizmin ABŞ sanksiyalarının hədəfinə çevriləcəyini bildirib/Axar.az.