XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

01 Fevral 2019 - 11:15

Azərbaycan neftinin qiyməti ucuzlaşıb –BİRJA MƏLUMATLARI

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,24 dollar artaraq 61,89 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,03 dollar ucuzlaşaraq 53,76 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti də ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar ucuzlaşaraq 63,69 dollar təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.