XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

01 Fevral 2019 - 11:46

Mərkəzi Bankın sədri:“Neft 70 dollardırsa, hansı devalvasiyadan söhbət gedə bilər?”

“Çox proqnozlar verirdilər ki, manat ucuzlaşacaq. Neftin qiyməti 70 dollardırsa, hansı devalvasiyadan söhbət gedə bilər?”

Strateq.az bildirir ki, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ölkədə devalvasiya barədə danışmaq qeyri-ciddilikdir: “Orta müddətli dövrdə bütün proqnozlar makrostabillik üzərində qurulub. Eyni zamanda bütün dövlət büdcəsi makroiqisadi sabitlik və aşağı infliyasiya üzərində qurulub. Devalvasiya barədə deyilənlər qeyri-ciddi məsələdir. Üzən məzənnə devalvasiya demək deyil”.