XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

01 Fevral 2019 - 12:07

Elman Rüstəmov:"AMB ötən il valyuta ehtiyatlarının idarə edilməsindən 15 mln. dollar gəlir əldə edib"

 

“2018-ci ilin yekunlarına görə, Azərbaycanda valyuta bazarı tam taraz vəziyyətə düşüb”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Ötən il AMB-nin valyuta ehiyatları 5% artıb. Bu vəsait valyuta bazarından alınmayıb. 

Bazarda tam dayanıqlılığın şahidi olmuşuq. Manatın məzənnəsindəki sabitliyin əsas səbəbi budur. 2018-ci ildə AMB valyuta ehtiyatlarını 300 mln. dollar artırıb. Bunun 15 mln. dolları valyuta ehtiyatlarının idarə edilməsindən qazanılıb. Həmin vəsaitin isə 1/3-i svop ıməliyyatlarının hesabına geri qayıtmış vəsaitlərdir”, – deyə o, qeyd edib.  (Report)