XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

04 Fevral 2019 - 10:02

Nazir “xəstə inək” iddiasına cavab verdi:“119 heyvanla bağlı şikayət haqlı hesab olundu”

“Bu günə qədər bizə gələn bütün şikayətləri araşdırırıq. 119 heyvanla bağlı şikayət haqlı hesab olundu və həmin heyvanlar dəyişdirildi”.

“Yeni Sabah” xəbər verir ki, bunu Real TV-yə müsahibəsində Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

O deyib ki, bu vaxta qədər əhaliyə 29 min baş heyvan paylanıb: “119-un 29 minin içərisində xüsusi çəkisi aparılsa, 0.4 faiz edir. Yəni bu 0.4 faizə görə proqrama xələl gətirmək, onun üzərinə kölgə salmağa çalışmaq əlbəttə ki, məsuliyyətsiz və qeyri-peşəkar yanaşmadır. Mən bunu ən azı belə qiymətləndirirəm və bu məsələ ilə bağlı iradlarını bildirən şəxslərin də hər biri bir düşünsünsünlər ki, 29 minin içərisindən 119-u haqda şikayət olursa və dəyişdirilirsə… Və şikayət olunan heyvanlar da dəyişdirilir, onlar vətəndaşda qalmır. Tutaq ki, noyabr ayında verilən heyvanla bağlı sahibi ya yaxşı baxmır, ya da satıb sonradan bizə məlumat verir ki, heyvan xəstə idi.

Biz də gedib araşdırırıq və görürük ki, əvvəlcədən baytar araşdırması aparılıb, heyvan 3 ay orda olubsa və onun xəstəliyi haqda indi irad bildirilirsə, bunun özü sual altındadır. Və o da məlum olur ki, heyvana düzgün qulluq edilmirsə, problem olacaq. Təbii ki, sui-istifadə etmək istəyən insanlar da olacaq, obyektiv səbəbdən problemlə qarşılaşacaq insan da. Bunun qiymətləndirilməsini ilin yekununda aparacağıq”.