XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

04 Fevral 2019 - 10:39

Neft Fondunun icraçı direktoru:“Qızıl ehtiyatımızı 100 tona çatdırmağı planlaşdırırıq”

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin sonuna qızıl ehtiyatlarını təxminən iki dəfə artıraraq 100 tona çatdırmağı planlaşdırır.

“Report” xəbər verir ki, bunu Fondun icraçı direktoru Şahmar Mövsümov “Bloomberg” agentliyinə müsahibəsində bildirib: “Neft Fondu 2018-ci ildə qızıl alışını bərpa etdikdən sonra 2019-cu ildə qiymətli metal aktivini təxminən 2 dəfə artıraraq 100 tona çatdırmağı planlaşdırır”.

Fondun aldığı bütün qızıl həcmləri Azərbaycana gətirilir və ARDNF-in binasında saxlanılır. Ş. Movsümov qızılın bir hissəsinin xaricdə saxlanılmamasının etibarla əlaqədar olmadığını, sırf kommersiya qərarı olduğunu bildirib. Qeyd edək ki, ARDNF 2012-ci ildə qızıl alışına başlayıb. Ötən ilin sonuna Fondun investisiya portfelində olan qızılın həcmi 50,953 min kq təşkil edib.

ARDNF-nin İnvestisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədəri qızıla investisiya edilə bilər.