XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

04 Fevral 2019 - 15:05

Nazir İnam Kərimovdan yeni təyinatlar –"Green Park Azərbaycan” MMC-yə yeni rəhbər gətirildi
Kənd Təsərrüfatı Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Firdovsi Fikrətzadə Aqrar Tədqiqatlar Mərkəzi direktorunun müşaviri təyin olunub.
Strateq.az-ın verdiyi xəbərə görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov bildirib ki, İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri Aydəm İsmayılov isə “Green Park Azərbaycan” MMC-nin direktoru vəzifəsinə gətirilib.
Eyni zamanda nazirin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova və texniki siyasət şöbəsinin müdiri Vüqar Babayev şəxsi karyera planları ilə əlaqədar işdən ayrılıblar: “Həm Şəbnəm xanım, həm Vüqar müəllim yüksək keyfiyyətli kadrlardır. Onların işdən ayrılması şəxsi karyera planları ilə bağlıdır. Hər iki şəxs fəaliyyətlərini yeni layihələrdə davam etdirmək istədiklərini bildiriblər və onların qərarına hörmətlə yanaşılıb”.