Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib.
Strateq.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərraca 30 milyon ABŞ dolları çıxarılıb:
"Hərracda iştirak edən 14 bank tərəfindən məcmu tələb 66,760 milyon ABŞ dolları təşkil etdiyindən, sifarişlər 44,9% təmin olunub".