XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 Fevral 2019 - 16:28

Rövşən Ağayev:"Bizdə hər 1000 nəfərə düşən mənzil sayı inkişaf etmiş ölkələrə nisbətən 2.5-3 dəfə aşağıdır"

“Azərbaycanda elə ictimai əhəmiyyətli informasiyalar var ki, bizim üçün qara qutudur – heç nə öyrənə bilmirik. Belə məlumatlardan biri də evsiz adamların sayıdır. Ölkədə nə qədər mənzilə ehtiyacı olan insan var? Bu sualın rəsmi cavabı yoxdur”.
Strateq.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev bu barədə rəsmi informasiyaları təhlil edərkən bildirib. Onun bildirdiyinə görə, Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən mənzillərin sayı inkişaf etmiş ölkələrə nisbətən 2.5-3 dəfə aşağıdır:

“Məsələn, hazırda bizdə həmin göstərici orta hesabla 188-dir, amma Avropada 400-600 intervalında dəyişir.
Ən maraqlı tərəfi odur ki, adını mənzil bumu qoyduğumuz 2005-2017-ci illərdə belə tikilən mənzillərin sayı tələbatla müqayisədə çox aşağı olub”.
Ekspert bu barədə istifadə etdiyi faktları açıqlayıb:

“Əhalinin artım sürəti mənzillərin artım sürətindən xeyli çox olub. Məsələn, 1995-2017-ci illərdə öllkə əhalisi 29%, mənzillərin sayı isə 21% artıb.  Başqa maraqlı məlumat budur ki, kənd yerlərində əhalinin hər 1000 nəfərinə 179, şəhərlərdə isə 204 mənzil düşür. Yəni şəhərlərdə 14% çoxdur. Yeri gəlmişkən, 1995-ci ildə əhalinin hər min nəfərinə düşən mənzil sayı indiki ilə müqayisədə 19 ədəd çox olub – 198 mənzil. Rəsmi statistikaya görə, hazırda kəndlərdə 4.6 min nəfər yaşayır və 829 min mənzil var. Şəhərlərdə isə 5.2 mln. nəfərin 1.1 mln. ədədə yaxın mənzili var”.

R.Ağayev daha sonra qeyd edib ki, adambaşına mənzil sahəsinə görə ən aşağı göstərici Tərtərdə – 14 kv.metr, ən yüksək Abşerondadır – 24 kv.metr:

“Yəni ən aşağı və ən yüksək göstərici arasında az qala 2 dəfə fərq var. Əslində mənzillə təminat səviyyəsi və evsizlərin sayı ölkədə gerçək yoxsulluq səviyyəsini də dəyərləndirmək baxımından çox önəmli göstəricilərdir”.

Strateq.az