XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

05 Fevral 2019 - 18:34

Bank faizləri niyə aşağı salınmır? –Ekspert bankların depozitləri baha almasını səbəb göstərir

«Uçot dərəcəsinin enməsinin kredit faizlərinə təsir göstərməməsinin bir sıra səbəbləri var».

Strateq.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev “Azadlıq” radiosuna açıqlamasında bildirib.

R.Ağayev deyib ki, bu səbəblərdən biri sərbəst vəsaitin çatışmaması ilə bağlıdır. Ekspertə görə, daha bir səbəb investisiya, eləcə də qiymətli kağızlar bazarının normal şəkildə fəaliyyət göstərə bilməməsindən irəli gəlir.

R.Ağayev vurğulayıb ki, daha bir səbəb isə biznesin dayanıqlı olmaması, vəsait itirmək riskinin yüksək olması ilə əlaqəlidir: «Banklar özlərini sığortalamaq məqsədilə kreditləri yüksək faizlə verirlər. Məsələn, bank arxayın olsa ki, bu krediti müştəri ödəyə biləcək, onu daha aşağı faizlə verə bilər, amma hazırda elə bir mühit mövcud deyil».

R.Ağayev kreditlərdə faizlərin yüksək olmasının bir səbəbi kimi də bankların da vəsaiti baha almasını göstərir: «Yəni, uçot dərəcəsinin yüksək olması depozitlərin qoyulmasını da bahalaşdırır. Tutaq ki, vaxt var idi, uçot dərəcəsi 15 faizi idi. O zaman bu faizlə depozit qəbul edən bank bunu kredit kimi verə bilmək üçün yüksək faiz qoyur və beləliklə bahalı kredit yaranır, bu da cəlbedici olmur».

Ekspert hesab edir ki, bu bazarın normal fəaliyyətindən ötrü istiqraz, qiymətli kağızlar bazarı və investisiya qoyuluşu normallaşmalıdır.