Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Trend-in məlumatına görə, fevralın 5-də qızılın qiyməti fevralın 4-ü ilə müqayisədə 3,4935 manat artaraq 1 unsiya üçün 2234,9305 manat təşkil edib.
Gümüş 0,1598 manat bahalaşaraq 1 unsiya üçün 27,0503 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 2,652 manat artaraq 1398,692 manat, palladiumun qiyməti isə 29,8095 manat artaraq 2326,5095 manat təşkil edib.