XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

07 Fevral 2019 - 22:13

OPEC-in Bakıda keçiriləcək iclası ərəfəsində qeyri-müəyyənlik –Təşkilatın tərkibi hələ təsdiqlənməyib

OPEC+in sazişin yerinə yetirilməsinin monitorinqi üzrə Nazirlər Komitəsinin yeni tərkibi OPEC+in martın 17-18-də Bakıda keçiriləcək iclası ərəfəsində hələ təsdiqlənməyib. 

Hələ də Venesuela, Əlcəzair və Omanın yerinə BƏƏ, İraq və Qazaxıstanın komitəyə daxil edilməsi müzakirə olunur.

Bu barədə TASS OPEC+in Yaxın Şərq nümayəndə heyətlərində və OPEC katibliyində olan üç mənbəyə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, buna qədər monitorinq komitəsinin üzvü olan Venesuela, Əlcəzair və Oman artıq komitə üzvləri deyil.

“Yeni üzvlərin seçilməsi məsələsi çox güman ki, aprel ayında OPEC+in fövqəladə nazirlər iclasında müzakirə olunacaq”, – agentliyin həmsöhbətləri deyiblər.

Komissiyanın işində qeyri-OPEC ölkələri adından iştirak edən Omanın yerinə daha əvvəl komitə üzvü kimi işləmək istəyini təsdiq etmiş Qazaxıstanın seçilməsi təklif olunur.

Venesuelanın isə Bakıdakı iclasda komitə üzvü yox, 2019-cu il üçün seçildiyi OPEC konfransının prezidenti qismində iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, komitənin tərkibinin dəyişəcəyi barədə nazirlər 2018-ci ilin dekabrında Vyanada keçirilmiş iclasda xəbər veriblər, lakin yeni tərkibin seçilmə tarixi məlum deyil.

Mənbələrdən birinin sözlərinə görə, qarşıdakı görüşün əsas məsələsi OPEC+ ölkələri arasında əməkdaşlıq haqqında xartiyanın müzakirəsi olacaq/Report.