İstanbulda qaz ehtiyatı aşkarlanıb.
Strateq.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji və təbii ehtiyatlar naziri Fatih Dönmez məlumat verib.
O bildirib ki, İstanbulun Qərbi Çeltik və Tekirdağ Qapaqlı deyilən ərazilərində təbii qaz ehtiyatının varlığı kəşf olunub: “Bir neçə ildir bu ərazilərdə iş aparılırdı. Araşdırmalarımızdan sonra kiçik də olsa, bu ərazilərdə təbii qazın olması dəqiqləşib. Bir neçə günlük araşdırmadan sonra daha dəqiq açıqlamalar verəcəyik”.