XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

08 Fevral 2019 - 18:33

“SOCAR Türkiyədə 700-dək yanacaqdoldurma məntəqəsi alacaq” –Zaur Qəhrəmanov

“SOCAR Turkiye Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəməsi, ARDNŞ) Türkiyədə 600-700 yanacaqdoldurma məntəqəsindən (YDM) ibarət şirkəti satın almağı planlaşdırır.

Strateq.az caspianbarrel.az-a istinadən xəbər verir ki, bu barədə “SOCAR Turkiye Enerji”nin baş direktoru Zaur Qəhrəmanov deyib.

“Şirkət Türkiyədə yanacağın paylanması sektorunda da fəaliyyətini genişləndirməyi nəzərdə tutur. “SOCAR Turkiye” İstanbulun yeni aeroportunda 9 YDM-nin açılmasına dair tenderin qalibi olub, bu günlərdə isə Almaniyanın EWE A.G. şirkətinin Türkiyədə qaz paylanması şirkətlərinin satın alınmasına dair razılığa gəlib. Hazırda şirkət ən azı 600-700 AYM-nin sahibi olan şirkətin satın alınması imkanını nəzərdən keçirir”, – Z.Qəhrəmanov Türkiyə mətbuatına müsahibəsində bildirib.

O, həmçinin məlumat verib ki, indiyədək SOCAR-ın Türkiyə iqtisadiyyatına sərmayələri 14,2 mlrd. dollar təşkil edib. Gələcək 3 il ərzində şirkət Türkiyədə layihələrə daha 5,3 mlrd. dollar yatırmaq niyyətindədir.

Z.Qəhrəmanovun sözlərinə görə, hazırda “SOCAR Turkiye Enerji”nin bazar qiyməti təxminən 11 mlrd. dollar həcmində qiymətləndirilir.

Hazırda “SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. “Star” neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının tikintisini həyata keçirən şirkət, həmçinin daxili bazara qaz tədarük edir.

“SOCAR “EWE A.G” enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən “EWE Turkey Holding”i və qrupa daxil olan şirkətləri satın alıb. “EWE Turkey Holding” enerji, təbii qaz paylanması və telekommunikasiya sahələrində Bursagaz, Kayserigaz, Enervis, EWE Enerji və Millenicom vasitəsilə fəaliyyət göstərirdi.