2018-ci ildə dünya bazarında “Brent” markalı xam neftin 1 barelinin orta qiyməti 71 ABŞ dolları olub.
Bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilir.
Qurum bu il bu rəqəmin 8,65% az – 61 dollar olacağını proqnozlaşdırır.
2020-ci il üçün proqnoz 62,5 dollar/barel, 2021-ci il üçün proqnoz isə 60 dollar/bareldir. (Report)