XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

24 Fevral 2016 - 19:42

Bəzi banklar müştərilərlə müqavilələrin vaxtını uzadır vəkredit faizlərini endirir

 

bank

 

Bəzi banklar müştərilərlə müqavilələrin vaxtını uzadır və kredit faizlərini endirir.

 

Azertag.az xəbər verir ki, bu sözləri fevralın 24-də Caspian European Club çərçivəsində keçirilən biznes-forumda Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri, akademik  Ziyad Səmədzadə bank kreditləri ilə bağlı sualı cavablandırarkən deyib.

 

O, bildirib ki, “Nikoilbank” və “Dəmirbank” kimi banklar özləri təşəbbüs göstərib müştərilərlə müqavilələrin vaxtını uzadır və kredit faizlərini 1,55-dən 1,30-a endirirlər. Banka kredit borcu olan vətəndaşlar faiz kreditlərini deyil, əsas borcu ödəyirlər, bu da şübhəsiz müsbət haldır.

 

Z.Səmədzadənin fikrincə, bütövlükdə hər bir kommersiya bankı mövcud imkanlarını axtarmalı, insanların qayğısına qalmalı, onlarla görüşməlidir. Bu məsələlər dövlət səviyyəsində həll olunmur, dövlət üzərinə düşdüyü bütün öhdəlikləri yerinə yetirib. Sosial proqramların həyata keçirilməsi istiqamətində əmək haqları və təqaüdlər artırılıb. Kommersiya bankları özlərinin mənafeyi naminə qazandıqları gəlirlərinin bir hissəsini müştərilərlə bölüşməlidirlər.