XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

14 Fevral 2019 - 00:02

Lukaşenko Putinə söz verdi:"Rusiyalılara pis araq, pis məzə göndərməyəcəyik"

putin-lukasenko.jpg

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə Rusiyaya keyfiyyətsiz məhsullar göndərməyəcəyinə söz verib. 

Bununla bağlı “BelTa” məlumat yayıb.

“Bizdə də, sizdə də araşdırmalar aparıldı. Bizim insanları keyfiyyətli qida məhsulları ilə təmin etmək imkanımız var. Hər hansı münaqişə və ya qalmaqallara baxmayaraq, rusiyalılara pis araq, pis məzə göndərməyəcəyik. Siz bunu dəqiq başa düşməlisiniz”, – Lukaşenko Soçidə Putinlə görüşündə deyib.

Bununla yanaşı, prezident əlavə edib ki, hələ də əvvəlki kimi keyfiyyətsiz su problemi qalır və insanlar bundan əziyyət çəkir/Oxu.az.