XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

14 Fevral 2019 - 15:49

Avropa Birliyi “Şimal axını-2” layihəsi ilə bağlı sərt qaydalar qoydu –Brüssel Rusiyaya yeni oyun qaydaları təklif edir

Avropa Birliyi dünən – fevralın 13-də idxal qaz kəmərlərinə dair yeni qaydalar qəbul edib. “Reuters” agentliyi bu qaydaların Rusiyanın planlaşdırdığı “Şimal axını-2” kəmərinə kölgə salacağını yazır.

Rusiya kəməri ətrafında onsuz da qeyri-müəyyənlik hökm sürür. Belə ki, Danimarka öz ərazi sularından keçən hissəyə qadağa qoya bilər. Digər tərəfdən, Birləşmiş Ştatlar sanksiyalarla hədələyir.

Qanun layihəsində deyilir ki, idxal kəmərləri qaz təchizatçılarının birbaşa mülkiyyətinə çevrilməməli, AB qaydalarına əməl olunmalıdır, ayrıseçkilik yaratmayan tariflər qoyulmalıdır, şəffaf hesabatlılıq təmin edilməlidir, daşıma gücünün azı 10 faizi üçüncü tərəflərə açılmalıdır.

AB-nin enerji məsələləri üzrə komissarı Arias Kanete deyib ki, birlik təbii qaz idxalından asılılığı artdıqca boşluqları qapadır. Avropa Komissiyası bildirib ki, yalnız sərt prosedurlar altında istisnalar mümkündür.

Yeni qaydalara görə, Avropaya qaz gətirən kəmərlər AB-nin qanunları ilə işləyəcək və Avropaya qaz satmaqda maraqlı olan hər bir kəs Avropanın enerji qanununa sayqı göstərməlidir”, – Kanete bəyanatında deyib.

“Reuters” qeyd edir ki, bu qaydalar Rusiyadan Almaniyaya qaz nəqlini nəzərdə tutan “Şimal axını-2” layihəsini dayandırmasa da, yavaşıda bilər. Prosesi müşahidə etməkdəyik və yeni qanunvericilik yayılan kimi onu incələyəcəyik”, – “Şimal Axını-2” bəyanatında deyib. (azadliq.org)