XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

15 Fevral 2019 - 13:12

Ekspert  rəyi:“Hökumətin işsizliklə mübarizəsi hələki özünü doğrultmayıb”

“Son zamanlar hökumətin sosial siyasətində bəzi dəyişikliklər hiss olunur. Dayanıqlıq, maliyyə təminatı üçün addımlar atılır. Sosial yardım kimi passiv müdafiə mexanizmləri, daha fəalı ilə əvəzlənir. Bütün görülən işlərə baxmayaraq, hökumətin işsizliklə mübarizə siyasəti hələki özünü doğrultmayıb”.

Strateq.az bildirir ki, bu sözləri “Amerikanın Səsi”nə açıqlamasında Sosial İqtisadi İnkişaf Mərkəzinin tədqiqatçısı Rəşad Həsənov ölkədə bu yöndə aparılan işləri şərh edərkən deyib. Ekspert bu istiqamətdə özünüməşğulluq proqramını xüsusi vurğulayıb. Amma o bildirir ki, bu istiqamətdə çox ciddi çətinliklər və nöqsanlar var:  “Xüsusilə də, bu istiqamətdə dövlət siyasətini icra edən dövlət qurumlarına ciddi inamsızlıq var. Siz təsəvvür edin ki, Dövlət Məşğulluq Mərkəzlərinin reputasiyası o qədər zəifdir ki, vətəndaşlar işsiz olduqları halda belə ora müraciət etmirlər. Ona görə də Azərbaycanda işsizliklə bağlı açıqlanmış rəqəmlər reallığı əks etdirmir”.

İqtisadçı Rəşad Həsənov bildirib ki, hökumət işsizlik problemini həll etmək istəyirsə, sahibkarlıq mühitini inkişaf etdirməli, inhisar aradan qaldırılmalıdır. Rəsmi məlumata görə Azərbaycanda işsizlik 5 faiz həddindədir. Hökumət təkcə ötən il 118 min yeni iş yerinin yarandığını bəyan edir.

Amma müstəqil ekspertlər bu rəqəmlərə şübhə ilə yanaşırlar.