XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

19 Fevral 2019 - 16:14

Pərviz Şahbazov Avropa Yenidənqurma və İnkişaf Bankının rəsmisi ilə görüşdü –Müzakirə

Energetika naziri Pərviz Şahbazovla Cənub Qaz Dəhlizi Məşvərət Şurasının V iclası çərçivəsində ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Davamlı İnfrastruktur Qrupunun icraçı direktoru xanım Nandita Parshadın başçılıq nümayəndə heyəti arasında görüş keçirilib. 

Nazirliyin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, görüşdə EBRD ilə enerji sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Bankın Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsində iştirakı yüksək qiymətləndirilib. Cənub Qaz Dəhlizini Avropa üçün mühüm enerji layihəsi kimi dəyərləndirən xanım Nandita Parshad bildirib ki, təmsil etdiyi bank Azərbaycanla enerji sektorunun digər istiqamətləri üzrə də əməkdaşlıqda maraqlıdır.

Hazırda EBRD ilə Energetika Nazirliyi arasında texniki dəstək çərçivəsində həyata keçirilən layihələrdən danışan energetika naziri Pərviz Şahbazov deyib ki, bu layihələr bərpa olunan enerjidən geniş istifadənin təmin edilməsi üçün mühüm əhəmiyyət daşıyır. Bərpa olunan enerji layihələrinin dəstəklənməsi üçün şəbəkənin gücləndirilməsi layihəsi artıq icra mərhələsindədir. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstəklə bağlı da EBRD ilə sıx əməkdaşlıq edilir.

Söhbət zamanı gələcəkdə Azərbaycanda həyata keçiriləcək bərpa olunan enerji mənbələri ilə bağlı layihələrə bankın investisiya qoyuluşunu dəstəkləməsi, bərpa olunan enerjidən istifadə sahəsində aparıcı ölkələrlə təcrübə mübadiləsinə dair məsələlər də nəzərdən keçirilib.