XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

21 Fevral 2019 - 14:15

Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət etdi:"Maaşları qaldırın"

Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamına əsasən minimum əməkhaqqının 180 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.

Strateq.az ƏƏSMN-ə istinadən bildirir ki, xidmət işəgötürənlərin nəzərinə çatdırır ki, onlar minimum əməkhaqqından aşağı maaş alan işçilərin əməkhaqqını 180 manata çatdırmalı, bununla bağlı əmək müqavilələrinə dəyişiklik edərək, mart ayının 1-dək əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil etməlidirlər: “19 dərəcədən ibarət Vahid Tarif Cədvəli üzrə əmək haqları ödənilən işçilərdən maaşı minimum əmək haqqından aşağı olan işçilərin də əmək haqlarında işəgötürənlər tərəfindən artım edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir.

Müəyyən edilmiş vaxtadək məlumatları sistemə daxil etməyən işəgötürənlər üçün inzibati məsuliyyət yaranacaq. İnzibati Xətalar Məcəlləsinə əsasən işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə cərimə nəzərdə tutulur”.