XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

22 Fevral 2019 - 10:13

Ötən ay Naxçıvanda 2 min tondan çox ət və süd istehsal olunub –RƏQƏMLƏR

Yanvar ayında muxtar respublikada 8 milyon 229 min 400 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.

AZƏRTAC-ın Naxçıvan bürosunun verdiyi məlumata görə, bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur.

Ötən ay diri çəkidə ət istehsalı 2028 tonu, süd istehsalı isə 2005 tonu ötüb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı isə 1,6 faiz artıb.