XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Fevral 2016 - 20:08

Dünya Bankı Azərbaycana milyonlarla dollar borc verir

dunya-banki

 

Dünya Bankı (DB) ilə Azərbaycan hökuməti arasında Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi layihəsinin başa çatdırılması üçün 140 mln. dollar həcmində əlavə kreditin ayrılmasına dair danışıqlar başa çatıb. Bu barədə  bankın Bakıdakı nümayəndəliyindən məlumat verilib.

 

“140 mln. dollar həcmində əlavə kreditin ayrılmasına dair bazar ertəsi başlamış danışıqlar başa çatıb. Martın sonunda Direktorlar Şurası Azərbaycana kredit vəsaitinin ayrılmasını təsdiq edib”, – deyə bankın nümayəndəsi bildirib.

 

Onun sözlərinə görə, layihənin ümumi dəyəri 155,5 mln. dollar təşkil edir (28 mln.dollar həcmində ƏDV nəzərə alınmadan), bunun 15,5 mln.dolları Azərbaycan hökumətinin payıdır.

 

DB-nin Direktorlar Şurası 2010-cu ilin may ayında avtomobil yollarının yaxşılaşdırılması ilə bağlı 3-cü layihə üçün Azərbaycana 241,6 mln. dollar məbləğində kreditin verilməsini təsdiq edib.

 

Kredit iki hissədən ibarətdir. Xüsusilə 171,6 mln. dollar Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri ilə 4 ili güzəştli olmaqla 17 il müddətinə ayrılıb. 70 mln. dollar məbləğində daha bir kredit isə Beynəlxalq İnkişaf Assosiasiyasının şərtləri ilə 10 ili güzəştli olmaqla 20 il müddətinə ayrılıb. Layihənin ümumi dəyəri 356,15 mln. dollar məbləğində qiymətləndirilir. Layihənin reallaşdırılması üçün qalan məbləğ Azərbaycan hökuməti tərəfindən ayrılacaq. DB-nin kredit vəsaitləri uzunluğu 100 km-dən çox olan Bakı-Şamaxı yolunun bir hissəsinin iki zolaqdan dörd zolağa qədər genişləndirilməsi, magistral yolların idarə və istismarına yeni yanaşmaların tətbiqi üzrə tədqiqatların aparılması üçün istifadə ediləcək.

 

Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. İndiyədək bank Azərbaycanda 50-dən çox layihənin reallaşdırılmasına ümumilikdə 3,3 mlrd. dollardan artıq məbləğdə kredit və qrant ayırıb.

marja.az