XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

22 Fevral 2019 - 15:51

Kiloqramı 30 manat olan quzu ətini hansı restoranlar sifariş edib? –Gömrük Komitəsi aydınlıq gətirdi

«Mən ölkəyə invoys qiymətləri nəzərə alınmadan bir kiloqram quzu ətinin 17 dollara rəsmiləşdirilməsini nümunə olaraq göstərmişəm və bu, idxalçıların şikayəti əsasında bildirilib».

Strateq.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev söyləyib.

R.Ağayev deyib ki, yaydığı informasiyada təkcə quzu ətinin yox, bir çox başqa məhsulların da dəyərindən baha rəsmiləşdirildiyini göstərib, amma komitə onlara cavab verməyib. R.Ağayev vurğulayıb ki, quzu ətinin ən çox ixracatçıları Avstraliya və Yeni Zelandiyadır, amma onlarda bu qiymət 5-6 dollardan o yana keçmir: «Bir də axı cəmi iki il öncə quzu ətinin bir kiloqramının 1 dollara rəsmiləşdirilməsi kimi fakt var. İndi necə olur ki, iki ilə bu rəsmiləşdirmədə qiymət 17 dəfə artır?».DGK

Dövlət Gömrük Komitəsinin bu barədə yaydığı açıqlamada qeyd edilir ki, 2018-ci ildə ölkəyə gətirilən quzu ətinin idxalatçıların invoys qiymətləri nəzərə alınmadan rəsmiləşdirilməsinə eyham vuran məlumatlar əsassızdır.

Komitə belə bir məqama diqqət çəkib ki, ötən il 1 kiloqramının gömrük dəyəri 17.7 ABŞ dollar olan 350 kiloqram quzu əti idxal edilib. Onun da gömrük rəsmiləşdirilməsinin idxalatçıların təqdim etdiyi sənədlər əsasında aparıldığı bildirilir.

Açıqlamaya üstəlik vurğulanıb ki, bir il ərzində bəhs edilən quzu ətinin idxaldakı payı cəmi 350 kq, dəyəri isə 6180 ABŞ dolları təşkil edib. Komitənin mövqeyinə görə, bu rəqəmlər əsasında gömrük orqanlarının hansısa manipulyasiyaya yol verməsini düşünmək gülüncdür: «Malın qiymətinin yüksək olmasına gəlincə isə, bəhs edilən məhsul ölkədə fəaliyyət göstərən bəzi restoranlar tərəfindən xüsusi sifariş edilən və dünya bazarında da yüksək qiymətə satılan quzu ətidir. Bir daha xatırladırıq ki, idxal-ixrac əməliyyatları ilə bağlı gömrük statistikası qanunvericiliyə uyğun tam şəffaf şəkildə aparılır».