Agromall Ticarət Mərkəzində Kolumbiya məhsullarından ibarət sərgi vitrini açılıb.
Kolumbiyanın ölkəmizdəki səfirliyindən Strateq.az-a bildiriblər ki, Kolumbiyanın Rusiyadakı “Procolombia” Qurumu və Amsterdamdakı Kolumbiya Milli Kofeçilər Federasiyasınin dəstəyi ilə vitrində kofe nümunələri, “Juan Valdez” və “Buencafe” şirkətlərin avadanlıqları, “Tropical Chips” MMC şirkətinin kofe təamlı şirniyyatları sərgilənib.
Qeyd edək ki, Agromall yerli, və xarici ölkələrin məhsullaırının daimi şəkildə sərgilənməsi üçün şəraitin yaradıldığı topdan və pərakəndə satışı ilə məşğul olan ticarət məkanıdır. Agromall Azərbaycan hökumətinin dəstəyi ilə yaradılan biznes modelidir və əsas məqsəd isə süni qiymət qalxımını aradan qaldırmaqla alıcılara kənd təsərrüfatının heç bir maneə olmadan çatdırılmasıdır.