XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

22 Fevral 2019 - 21:15

Rusiyada iqtisadiyyatın 20 faizi gizlidir –Federal Statistika Xidməti hesabat açıqladı

Rusiyanın Maliyyə Monitorinqi Xidməti kölgə iqtisadiyyatı ilə bağlı yeni hesabat açıqlayıb.

Novator.az xəbər verir ki, hesabata əsasən, 2018-ci ildə Rusiyada kölgə iqtisadiyyatının həcmi 20,7 trilyon rubl (1 dollar 65,5 rubldur) olub. Bu, ümumi daxili məhsulun 20 faizi deməkdir. 2015-2016-cı illərdə ölkədə kölgə iqtisadiyyatının həcmi ümumi daxili məhsulun 28 faizini təşkil edib.

Kölgə iqtisadiyyatına qeydiyyatsız idxal, qeyri-rəsmi ödənişlərdən əldə olunan gizli gəlirlər aid edilir. Rusiya Federal Statistika Xidmətinin 2018-ci ilin 9 aylıq hesabatına görə, ölkədə 14,9 milyon nəfər, ümumi çalışanların 20,4 faizi qeyri-rəsmi fəaliyyət göstərir.