Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Trend-in məlumatına görə, fevralın 22-də qızılın qiyməti fevralın 21-i ilə müqayisədə 26,6645 manat azalaraq 1 unsiya üçün 2251,854 manat təşkil edib.
Gümüş 0,3681 manat ucuzlaşaraq 1 unsiya üçün 26,9017 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 1,1475 manat azalaraq 1404,659 manat, palladiumun qiyməti isə 30,974 manat azalaraq 2509,217 manat təşkil edib.